Car Repair

Heydar Aliyev International Airport Airport Hihgway Tel: (99412) 492 90 48

Mühərrik təmiri

Hər növ avtomobilərin mühəriklərinin təmiri.

Təkərlərin təmiri

Təkərlərin balansirovkası və müasir 3D avadanlığı ilə razval aradan qaldırılır.

Yağ Dəyişmə

Mühərrik və sürət qutusunun yağının dəyişdirilməsi.

Suretler qutusu temiri

Ötürücü qutu, sözün əsl mənasında, qutudur

Ötürücü qutu, sözün əsl mənasında, qutudur, onun içərisində sürət ötürücüləri yerləşir. Hər bir sürət ötürücüsü ikidişli çarxdan ibarətdir. Bu çarxlardan biri böyük, digəri isə kiçikdir. Kiçik çarx mühərriklə hərəkətə gətirilir (fırladılır), böyük çarx isə fırlanma hərəkətini təkərlərə ötürür. Birinci çarx nə qədər böyükdürsə və ikinci nə qədər kiçikdirsə, fırlanma anı bir o qədər böyük olur və sürət də bir o qədər çox olur.

Ustalarimizdan telimatlar

Avtomat sürət qutusunun yağ dəyişməsində əmələ gələn bir problem haqqında sizə məlumat vermək istəyirik.
Adətən yağı dəyişərkən Bublik deyilən hissədə yağ qalır(hardasa 3 litr) . Bu yağ süzülmür və təzə yağ töküləndə bu köhnə yağla qarışır və artıq təzə yağın da bir mənası qalmır.Sürücülər bizə sual verirlər ki , mənim sürət qutuma 6 litr yağ getməli idi, amma usta sadəcə 3,5 litr əlavə etdi. Bu düzgün bir yağ dəyişmə deyil. Həm sürət qutusu zədələnir həm də yağa verilən pul hədər gedir.

Avtomobilin quruluşu nə qədər mürəkkəbdirsə, onun sistemləri arasında qarşılıqlı əlaqələr də bir o qədər böyükdür.
Bir sistemin işi digərinə təsir göstərir, lakin bu o demək deyil ki, məsələn, yanacaq təchizatı sisteminin yaxşılaşdırılması hökmən yanacağın yanma sisteminin “səhvlərinin” aradan qaldırılmasına gətirib çıxaracaqdır. Bundan başqa, oxşar simptomların müxtəlif səbəbləri ola bilər. Bunu başa düşən avtomobilçilər təmirə başlamazdan əvvəl avtomobilin təmirinə aid məlumat kitablarını oxuyur, sonra isə səhvə yol verməməyə çalışaraq şübhəli detalları və hissələri ardıcıllıqla çıxarır və başqaları ilə əvəz edirlər. Əmin edirik ki, bunun ziyanı olmasa da, artıq xərcdən başqa heç bir nəticə vermir.

Artıq itkilərdən yaxa qurtarmaq üçün yadda saxlamaq lazımdır ki,
mühərrikin normal işi yanacağın yandırılması və təchizatı sistemlərinin saz vəziyyətdə olmasından asılıdır. Bəzi avtomobillərdə bu sistemlər elektron qurğularla idarə olunan vahid bir sistemdə birləşdirilmişdir (“Motronik”, “Digifant”, MPI sistemləri və s.), lakin bununla belə onlar müəyyən dərəcədə müstəqilliklərini saxlayırlar. Mühərrikin işində hər hansı nasazlıq olduqda (yanacağın çox işlənməsi, mühərrikin eyni qaydada işləməməsi, yanacağın qəbulunda problemlər və s.) buyurub bizim ustaların köməyindən istifadə edə bilərsiniz.

Yüksək keyfiyyətli avadanlığla və yüksək ixtisaslı işçi heyətinə malik olan bizim servisdə aşağıdakı qeyd olunan elektrik-diagnostoka xidmətlərindən istifadə edə bilərsiniz
Mühərrikin kompyuter diaqnostikası, ötürücü qayışların, mağaraların, iş mayelərinin yoxlanılması, kompyuter diaqnostikası ilə kompleks şəkildə, kompressiyanın ölçülməsi ilə kənar səslərin diaqnostikasının keçirilməsi. ,benzin nasosunun səmərəliliyinin ölçülməsi ilə yanacağın ötürülməsi sisteminin diaqnostikası.İstənilən növ avtomobillərin elektriki ilə bağlı bütün işlər görünür.

Kimyəvi təmizləmə
Salonun peşəkar kimyəvi təmizlənməsi – Sizi, avtomobilinizin oturacaqları, tavan, döşəmə və qapılarında olan ləkələrdən azad edəcək. Müxtəlif maddələrlə aparılan təmizləmə və emal etmədən sonra, bütün plastik detallar par-par parıldayacaq.Salonun kimyəvi təmizlənməsini həyata keçirən peşəkarlarımız yalnız yüksək keyfiyyətli maddələrdən istifadə edirlər. Bütün materiallar üçün (dəri, vinil, plastika, parça, rezin üçün) müxtəlif vasitələrdən istifadə olunur.İnteryerin təkmilləşdirilməsinə, sonradan plastiki müdafiə imulsiyası ilə örtmək şərti ilə, bütün parçaların və plastik üzlərin kimyəvi təizlənməsi daxildir.